İlham Əliyev “Yüksəliş”lə bağlı sərəncam imzaladı

İlham Əliyev “Yüksəliş”lə bağlı sərəncam imzaladı
SOSİAL
16:01 20.12.2022
153
Prezident İlham Əliyev 2023-cü ildə növbəti "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, 2023-cü ildə növbəti "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 manat ayrılıb. 
OXŞAR XƏBƏRLƏR