'İlham Əliyevin 3-cü dəfə namizədliyinin irəli sürülməsinə dünyada heç bir etiraz yoxdur'

SİYASƏT
10:40 10.06.2013
1745

Biz kimlərinsə təkrar-təkrar “beynəlxalq imic” məsələsindən bəhanə kimi istifadə edib, Azərbaycanı özündən asılı vəziyyətə salmağa çalışmasına razı ola və bu yöndə istənilən cəhdləri də artıq heç cür qəbul edə bilmərik.

AZXEBER.COM xəbər verir ki, bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini və beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 3-cü dəfə namizədliyi rəsmi şəkildə irəli sürülən dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin beynəlxalq dairələr və aparıcı dövlətlər tərəfindən müsbət qarşılanmayacağı, qəbul edilməyəcəyi və bunun nəticədə Azərbaycanın dünyadakı beynəlxalq imicinə böyük zərbə olacağı yönündə müxalif dairələrdə, mətbuatda yer alan iddialara münasibətini bildirərkən dilə gətirib.“Biz artıq o iddialarla da razı deyilik ki, beynəlxalq imic belə olacaq, filan olacaq və sair. Əslində, “beynəlxalq imic” məsələsinə qalanda, Qərbin ən yüksək inkişaf etmiş ölkələrindən birini götürüb, səni də kənardan oradakı vəziyyəti müzakirə edib, mövqe bildirmək üçün hakim seçərlərsə, onda görərlər və görərsiniz ki, durum nə dərəcədə dəhşətlidir. Daha doğrusu, bunun özü dəhşət olardı...Amma görürsünüz ki, onlar öz işlərindədirlər”, - deyən PA rəsmisinin sözlərinə görə, bu baxımdan, dövlət başçısının Azərbaycan Konstitusiyasına əsasən 3-cü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsində də heç bir problem yoxdur və bunu artıq bitmiş məsələ hesab etmək olar:“İkincisi, dünyanın bütün dövlətləri - başda da ən böyük dövlət kimə deyirsinizsə, onun özü də bu məsələ ilə bağlı tam razılığını bildirib. Yəni, bununla bağlı elə bir problem, etiraz yoxdur. Amma heç şübhəsiz, bundan sonra da bu yöndə söz-söhbət, danışıq, iddialar və sair olacaq. Bunların olması da təbii görünür. Biz demirik ki, Azərbaycanın nöqsanı yoxdur, biz demirik ki, Azərbaycanın problemi yoxdur”.N.Məmmədov qeyd edib ki, biz başqalarından fərqli olaraq, hər şeyi etiraf edirik, deyirik^“Amma söhbət ondan gedir və biz istəyirik ki, çalışaq imkan daxilində hər bir məsələdə ədalətli olaq və eyni zamanda, hər bir məsələdə ədaləti görək. Bununla yanaşı, bizim üçün əsas məsələ - dövlət başçısının özünün də elə partiyamızın son qurultayında bəyan etdiyi kimi, ölkənin inkişafıdır, əhalinin rifahıdır, bu istiqamətdəki proqramların, planların həyata keçirilməsidir, çatışmayan işlərin uğurla yerinə yetirilməsidir, nöqsanların aradan qaldırılmasıdır.Yəni, bunların hamısını nəzərə alanda inanın ki, digər ölkələrlə müqayisədə Azərbaycanın bu gün tutduğu yol ən düzgün, ən ədalətli yoldur. Bunu elə həmin Qərbin özündə də çox yaxşı bilirlər, başa düşürlər...”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
15:15 25.06.2025
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:13 25.06.2025
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
14:57 25.06.2025
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
14:56 25.06.2025
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
Şəkilləri ilə xanımı şantaj edən sələmçi məhkəmə zalında həbs olundu
14:50 25.06.2025
Şəkilləri ilə xanımı şantaj edən sələmçi məhkəmə zalında həbs olundu