Şəhidlərin xatirəsi yad olunub.
Aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb.AZXEBER.COM-un AZƏRTAC-a istinadən məlumatına görə, Çanaqqala şəhərinin hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
24.04.2015 23:30
Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə anım mərasimi başlayıb.AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.Mərasimə 21 ölkə prezidenti, o cümlədən müxtəlif ölkələrin hökumət başçıları və nazirlər qatılıblar. Mərasim Tayyib Ərdoğan, Böyük Britaniya şahzadəsi Çarlsın şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəyə əklil qoyması və İstiqlal marşının oxunması ilə başlanılıb.Qeyd edək ki, mərasimdən sonra Türkiyə prezidenti mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, dövlət və hökumət başçıları üçün “Savarona” yaxtasında axşam ziyafəti verəcək.
17:04
Azərbyacan Prezidenti İlham Əliyev Çanaqqala döyüşündə qələbənin 100 illiyi münasibətilə bayram tədbirlərində iştirak etmək üçün Türkiyəyə gəlib.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb.
Qeyd edək ki, Çanaqqala döyüşü Türkiyə tarixinin ən şərəfli səhifələrindən biri olub.
Qardaş türk xalqı hər il Türkiyənin müstəqilliyi uğrunda verdiyi qurbanların xatirəsini yad edir.