İlham Əliyevin iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının iclası başladı - FOTOLAR

İlham Əliyevin  iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının iclası başladı - FOTOLAR
SİYASƏT
11:52 28.09.2018
6131
Tacikistan paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başlayıb.

AZXEBER.COM xəbər verir ki, MDB dövlət başçıları öncə məhdud formatda görüş keçirirlər.

Onlar MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında fikir mübadiləsi aparacaq, eləcə də MDB-də sədrilk, Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilmə yeri və tarixi məsələlərini müzakirə edəcəklər.

Geniş tərkibdə iclas zamanı təşkilatın fəaliyyətinin əsas istiqamətləri üzrə əməkdaşlığın gələcək inkişafına yönəlmiş kompleks məsələlər nəzərdən keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR