Fransa tərəfindən BMT-ə təklif olunan Laçın-Xankəndi yolundakı vəziyyətin humanitar fəlakət kimi tanınması ilə bağlı qətnamə qəbul olunmayıb.
"Caliber”in məlumatına görə, təxminən 10 gün bəyanat üzərində diplomatik döyüş gedib.
Fransa tərəfdən prosesə birbaşa Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edib.
Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilməyib.
Bəyanatın qəbul olunmamasında Azərbaycan Prezidenti İlham Əliyev və diplomatların müstəsna rolu olub: "Əvvəlcə ermənipərəst bəyanatdan "Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər”.
Azərbaycanın bu diplomatik döyüşündə Rusiya, Böyük Britaniya, BƏƏ və Albaniya dəstək olublar.