"İlham Əliyevin orduya verdiyi tapşırıq və tövsiyələr qələbəmizi labüd etdi" - Deputat

"İlham Əliyevin orduya verdiyi tapşırıq və tövsiyələr qələbəmizi labüd etdi" - Deputat
SOSİAL
17:31 07.11.2022
968
"44 gün ərzində baş verən hadisələri diqqətlə izləyən hər kəs deyə bilər ki, məhz Prezident İlham Əliyevin 44 gün gecə-gündüz durmadan beynəlxalq və diplomatik masalarda apardığı siyasət, eyni zamanda Ali Baş Komandan kimi orduya verdiyi tapşırıq və tövsiyələr zəfərimizi labüd etdi".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında 44 günlük Vətən müharibəsində haqda danışan Milli Məclisin deputatı Jalə Əliyeva deyib. 
 

 

"Böyük zəfərimizə gedən yolda böyük uğurlar əldə etdik. Bu uğurlar hər biz zaman söylədiyimiz kimi xalqın, ordunun və prezidentin birliyi, həmrəyliyi sayəsində əldə edildi. Həmin günlər xalqımızın qəhrəmanlığı, ordumuzun peşəkarlığı ilə bərabər, Azərbaycan liderinin həm sahədə, həm masada müharibənin qalibi olaraq çıxış etməsi zəfəri labüd edən şərtlərdən biri idi. 44 gün ərzində baş verən hadisələri diqqətlə izləyən hər kəs deyə bilər ki, məhz prezident İlham Əliyevin 44 gün gecə-gündüz durmadan beynəlxalq və diplomatik masalarda apardığı siyasət, eyni zamanda Ali Baş Komandan kimi orduya verdiyi tapşırıq və tövsiyələr zəfərimizi labüd etdi". 
 
44 gün ərzində aparılan ideoloji və söz müharibəsinin vacibliyindən danışan xanım millət vəkili bunları deyib:

"Bir əsas məqamı da unutmayaq ki, həmin günlərdə ideoloji müharibə, söz müharibəsi çox əhəmiyyətli idi. Biz burada da prezidentin üstün mövqeyini hər zaman görürdük. 44 gün ərzində 37-ə yaxın dünya mediasının qarşısına çıxıb, onların qərəzli suallarına cavab verməsi prezidentin uzaqgörən siyasətinin nəticəsi idi. Bu suallar illərdir müəyyən dövlət və təşkilatların ölkəmizə qarşı aparılan ikili siyasətin nəticəsi olaraq verilən suallar idi. Ancaq İlham Əliyev verdiyi sərrast cavablarla, tarixi həqiqətlərlə, Azərbaycanın ədalətinə və haqlı mübarizəsinə əsaslanan cavabları ilə ona ünvanlanan qərəzli cavabları yerlə-yeksan edirdi. Həmin müxbirləri yerinə otuzdura bilirdi. Bütün bunlar 44 günlük Vətən müharibəsi günlərində hərbi və ideoloji sahədə Azərbaycanın apardığı uğurlu mübarizə bizim zəfərimizi labüd etdi. Bütün bu zəfərin ən aparıcı qüvvəsi, amili, meyarı zəfərdən sonra xalqın Müzəffər Ali Baş Komandan adlandırdığı İlham Əliyev idi. Biz bu gün Zəfər günlərində prezidentə təşəkkür edirik".

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR