“İlham Əliyevin regiona davamlı sülh gətirmək qətiyyəti xüsusi əhəmiyyət daşıyır" - Deputat

“İlham Əliyevin regiona davamlı sülh gətirmək qətiyyəti xüsusi əhəmiyyət daşıyır" - Deputat
SİYASƏT
13:37 06.01.2026
544
Prezident İlham Əliyev dünənki çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətinə də  toxunub. O bildirib ki, bu layihə Azərbaycan üçün strateji xarakter daşıyır. Dövlət başçısı vurğulayıb ki, Zəngəzur dəhlizi regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, ölkələr arasında iqtisadi əməkdaşlığın genişlənməsinə və Cənubi Qafqazda dayanıqlı sülhün formalaşmasına xidmət edir.

Prezident qeyd edib ki, dəhlizin adı ilə bağlı müxtəlif yanaşmalar ola bilər, lakin əsas məsələ onun mahiyyətidir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən vacib nəqliyyat xətti olmaqla yanaşı, region üçün yeni imkanlar açacaq. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi ilə bağlı müsbət hal mövcuddur:

"Azərbaycan Prezidenti İlham Əliyev xatırlatma edərək bildirdi ki, Zəngəzur dəhlizinin açılmasına mütləq nail olunacaq. Eyni zamanda o, bu prosesin sülh yolu ilə həyata keçirildiyini xüsusi vurğuladı. 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarında əldə olunan razılaşmadan sonra müsbət dinamikanın müşahidə edilir”.

Deputat qeyd edib ki, İlham Əliyevin sülhpərvər mövqeyi və regiona davamlı sülh gətirməkdəki qətiyyəti xüsusi əhəmiyyət daşıyır:

"İlham Əliyevin sülhpərvər mövqeyi və regiona davamlı sülh gətirməkdəki qətiyyəti xüsusi əhəmiyyət daşıyır. İkinci əsas məqam isə Azərbaycanın strateji məqsədlərinə çatması, xüsusilə Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi tarixi hadisə və böyük nailiyyət kimi dəyərləndirilir. Bu layihə həm iqtisadi, həm geoiqtisadi, həm də geosiyasi baxımdan Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanı Ön Asiya və Mərkəzi Asiya ilə birləşdirərək, ölkənin tarixi-coğrafi baxımdan öz təbii mövqeyinə qovuşmasına imkan yaradacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR