Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da Rusiyanın “Rossiya-24” telekanalına müsahibə verib.
AZXEBER.COM xəbər verir ki, İ.Əliyev Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi, Azərbaycanda energetika sektorunun uğurlu inkişafı, Qarabağ münaqişəsinin həlli, Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı sualları cavablandırıb.
Sonda rusiyalı jurnalistlərlə xatirə şəkli çəkilib.