İlham Əliyevlə Fridrix Merts arasında telefon danışığı olub

İlham Əliyevlə Fridrix Merts arasında telefon danışığı olub
SİYASƏT
08:48 18.03.2026
220
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.

AZXEBER.COM xəbər verir ki, telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.

Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib.
Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
OXŞAR XƏBƏRLƏR