İlham Əliyevlə xanımı voleybolu izləyir

İlham Əliyevlə xanımı voleybolu izləyir
SİYASƏT
19:35 30.09.2017
1416
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü başlayıb.
 
AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşır.
 
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, I vitse-prezident Mehriban Əliyeva komandamızın oyununa baxırlar.
 
Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçı saat 20:30-da start götürəcək. Türkiyə yığması güclü Serbiya kollektivi ilə finala vəsiqə uğrunda yarışacaq.
OXŞAR XƏBƏRLƏR