İlham Məmmədov indidən qalibiyyət qonaqlığı verir – Hələ seçki başlamamış

İlham Məmmədov indidən qalibiyyət qonaqlığı verir –  Hələ seçki başlamamış
SİYASƏT
18:59 11.10.2015
2011
48 saylı Yevlax şəhər dairəsindən deputatlığa namizəd İlham Məmmədov kitabxanaçı, rabitəçi, elektirik işçisi, mühəndis, işsiz, müəllim, mədəniyyət işçisi və lobarantla mübarizə aparacaq...
Əldə etdiyi mandatından istifadə edib özünə Gəncədə və Yevlaxda böyük biznes strukturu quran və yerli sakinlərin «makler» ayaması verdiyi depuatat İlham Məmmədov bu seçkilərdə də artıq özünü qalib elan edib, yaxınlarına Yevlax və Gəncədə ziyafət məclisləri təşkil edib
"48 saylı Yevlax şəhər dairəsindən deputatlığa namizəd İlham Məmmədov artıq özünü millət vəkili elan edib".
Bu barədə Yevlaxdan daxil olan məlumatda bildirilir.
Məlumata görə, millət vəkili 10 gündən çoxdur ki, Yevlaxda və Gəncədə yaxın adamlarına ziyafət məclisləri təşkil etməklə məşğuldur. Bu isə yerli seçicilərin narazılığına səbəb olub: "Hər yerdə yenidən «seçildiyini» bildirən İlham Məmmədov bununla sanki öz secilərinə deyir ki, mənim sizə ehtiyacım belə yoxdur".
"Yevlaxda ona heç kəs səs verməyib və bu dəfə də verməyəcək"
Seçicilər bildirilər ki, 5 il Yevlaxı Milli Məclisdə təmsil edən İlham Məmmədova rayon sakinlərinin əksəriyyətinin inamı yoxdur. O, vətəndaşların problemləri ilə maraqlanmayan, sadəcə, öz şəxsi maraqlarını güdən bir şəxsdir: "Əgər Yelax camaatı arasında sorğu aparılsa, onların İlham Məmmədova səs vermədiyi və bundan sonra da verməyəcəyi məlum olacaq".
Sakinlər bildirir ki, İlham Məmmədovu hətta rayondakı YAP-çıların çox "Makler İlham" kimi tanıyıblar. Elə indinin özündə də ona "Makler İlham" deyirlər. Belə ki, İlham Məmmədov keçmişdə də, elə indi də Yevlax və Gəncədə torpaq satışı ilə məşğul olub: "İlham Məmmədova 2010-cu ildə də səs verməmişik, bu il də verməyəcəyik. Çünki İlham Məmmədova ötən 5 il müddətində bizim heç bir problemimizlə maraqlanmayıb. Heç bu dəfə də maraqlanamayacaq".
"İlham Məmmədov 2010-cu ildə redaksiyaları qapı-qapı niyə gəzib?"
"2010-cu il parlament seçkiləri öncəsi qaranlıq keçmişi ilə bağlı məlumatların yayılmaması üçün mətbu orqanların redaksiyalarını qapı-qapı gəzən İlham Məmmədov özü ilə bağlı məlumatların qarşısını almağa çalışırdı. Bizim şikayətlərimiz də dərc olunmurdu, səsimizi eşidən yox idi", - sakinlər bildirir.
"1500 manat maaş alan deputatın yarım milyonluq villası haradandır?"
"Artıq rayonda hamı onu milyonçu kimi tanıyır. Görəsən, İlham Məmmədov MSK-ya gəlirləri ilə bağlı tədim etdiyi deklarasiyasında Hacıkənddəki villasını göstəribmi? Yəqin ki, yox, amma biz bilirik ki, İlham Məmmədovun Hacıkənddəki villasının qiyməti yarım milyondan çoxdur. Həmçinin deputatın Yevlax və Gəncə şəhərlərində bir neçə obyekti var. Qeyd etdiyimiz bu obyektlər və villanı İlham Məmmədov məhz mandat alandan sonra əldə edib. Görəsən, 1500 manat əmək haqqı alan millət vəkili qiyməti yarım milyondan çox olan villanı və Yevlax, Gəncə şəhərlərindəki obyektləri necə əldə edib?" - məlumatda vurğulanır.
Məlumatda millət vəkili İlham Məmmədovun yaxın adamlarının adına bir neçə kiçik müəsissə açdığı və həmin şirkətlərin Yevlax, Gəncə və Tərtər rayonlarında tikinti təmir tenderlərində iştirak etdiyi deyilir.
Yazıdakı iddilarla bağlı İlham Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.
//Arqument.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub