“Bakı 2015” Avropa Oyunlarında qızıl medal qazanan gözdən əlil idmançı İlham Zəkiyev “Hər şey daxil” verilişində qonaq olub.Axşam.az-ın məlumatına görə, cüdoçumuzu görən proqramın digər qonağı müğənni Mənzurə Musayeva göz yaşlarını saxlaya bilməyib.O, hər zaman İ.Zəkiyevlə görüşməyi arzuladığını bildirib:“Neçə vaxtdır hər dəfə efirə dəvət olunanda arzulayırdım ki, İlham Zəkiyevlə qarşılaşım. Bu gün onunla yan-yana əyləşdiyim üçün çox sevinirəm (ağlayır). İlham, mən sənin qarşında baş əyirəm, səni çox istəyirəm. O qədər sevincliyəm ki... Studiyada onu görəndən kövrəlmişəm. İlhamın çıxışlarını izləyirdim.