İlhamə Quliyevanın mirası Orxana qaldı

İlhamə Quliyevanın mirası Orxana qaldı
MAQAZİN
15:28 09.02.2017
1232
"Orxan İlhamə Quliyevanın xalasıuşağıdır, deməli miras ona qalıb."

Bu sözləri müğənni Əli Mirəliyev açıqlamasında bildirib ki, İlhamə Quliyevanın mirası ilə bağlı verilən qərardan xəbərsizsizdir.

"İlhamə Quliyevanın xalasıuşağı Orxan Nadirov, bibisiuşağı isə mənim qaynım Eldardır. Pul elə Orxanın özünə qalıb. Orxanın əlində varislik hüququ yoxdur. Buna görə o, varis kimi tanına bilməz. Amma Orxan İlhamə Quliyevanın xalasıuşağıdır.”

Əli Mirəliyev qeyd edib ki, İlhamə Quliyevanın yaxınları ilə müzakirə aparıb, onları bu məsələni sakit və sülh yolu ilə həll etməyə səsləyib: "Dedim ki, gəlin bu bədbəxt qızın 40 mərasimi ilə ilini yola verək. Sonra özümüz aramızda bunu həll edərik. Heç biri qulaq asmadı, o dedi filan yer mənimdi, bu dedi filan zinnət əşyası mənimdir. Qızımı götürüb çıxdım, vəssalam.”

Xalq artisti İlhamə Quliyevanın 2 milyonluq mirası var ki, bura da 4 ev, 50 sot torpaq, 2 avtomobil, qızıl-zinət əşyaları daxildir.

Səbail Rayon Məhkəməsi Mərhum müğənni İlhamə Quliyevanın qalmaqallı mirası ilə bağlı qərar verib. Həmin qərara görə, miras müğənninin varislərinin xalauşaqları və bibiuşaqları olması ilə bağlı qətnamə çıxarılıb.
 
///AzNews.az
OXŞAR XƏBƏRLƏR