"İlhamə Quliyevanın qanunazidd əməlləri ilə bağlı mənə müraciət edib" - Millət vəkili

"İlhamə Quliyevanın qanunazidd əməlləri ilə bağlı mənə müraciət edib" - Millət vəkili
SİYASƏT
11:20 26.02.2016
2433

“İlhamə Quliyevanın vəfatı Mehriban Hüseynovanın həbsi ilə əlaqədar gedən istintaqın tamamlanması anlamına gəlməməlidir. Prosesə uyğun olaraq İlhamə Quliyevanın qanuni varisinin kim olması müəyyənləşdiriləcək və şikayət əsasında istintaq davam etdiriləcək. Həbsxanada olan vətəndaş Mehriban Hüseynova İlhamə Quliyevanın ona qarşı qanunazidd əməlləri ilə bağlı mənə müraciət edib. Mən isə qanuna uyğun olaraq daxil olan müraciəti Baş Prokurorluğa göndərmişəm. Qanunla onların cavab vermək müddəti var”.

Bunu bir müddət əvvəl xalq artisti İlhamə Quliyevanın qanunazidd əməllərinə hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edən deputat Çingiz Qənizadə deyib. Ç.Qənizadə qeyd edib ki, İlhamə Quliyevanın yoxluğu bəzi məsələlərin araşdırılmasında müəyyən problemlər yarada bilər: "Bununla belə Mehriban Hüseynovanın dövlət rəsmilərinə müraciətində əks olunan məqamlar araşdırılmalıdır. Ən azı Mehriban Hüseynovanın video görüntülərinin çəkilib mətbuata yayılması, şəxsiyyətinin və nüfuzunu alçaldan hərəkətlər qanunla qadağandır. Eyni zamanda görüntülərdən də aydın olur ki, ona təzyiq var və bu halda həmin addımları atır. Bunlara hüquqi qiymət verilməlidir. Burada söhbət təkcə İlhamə Quliyevadan yox, evdə olan bütün şəxslərdən gedir. Yəni, onlar da eyni dərəcədə məsuliyyət daşıyırılar. Hesab edirəm ki, ölkədə qanun hamı üçündür. Heç kimin titulu, cəmiyyətdəki yeri, ona verilmiş səlahiyyətləri qanundan ali ola bilməz. Ona görə də vətəndaş Mehriban Hüseynovaya qarşı edilən hərəkətlər və KİV-lərdə şəxsiyyətinin, ləyaqətinin alçaldılmış formada videolarının yayılması qanunla qadağan edilir və məsuliyyət yaradır. Bu halları törədənlər məsuliyyət daşıyır və hərəkətlərinə hüquqi qiymət verilməlidir".

Deputat, həmçinin bildirib ki, Mehriban Hüseynovaya qarşı qanunazidd hərəkətlərə hüquqi qiymət verildikdən sonra iş məhkəməyə gedərsə, cəza müəyyənləşəcək: "Cəza məsələsi məhkəmənin səlahiyyətlərinə aid olan məsələdir. Hadisə zamanı evdə başqa şəxslər də olub. İlhamə Quliyevanın oğlu, onun dostu, başqa bir xanım Mehriban Hüseynovanı aldadaraq evə gətiriblər, təzyiq göstərərək video çəkiliş edib, həmin görüntüləri mətbuatda yayıb, onun şəxsiyyətini alçaldıblar. Eyni zamanda Mehriban Hüseynova köməkçi kimi çalışıbsa, rəsmiləşdirilməli, vergi ödəməli və əməkhaqqı almalı idi. Mehriban Hüseynovanın həbsi ilə bağlı gedən istintaqda bu məqamlar da araşdırılacaq".

Qeyd edək ki, fevralın 4-də Milli Məclisin deputatı Çingiz Qənizadə xalq artisti İlhamə Quliyevanın davranışlarına hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə İlhamə Quliyevanın keçmiş köməkçisi, hal-hazırda Bakı İstintaq təcridxanasında həbsdə olan Mehriban Hüseynovanın hüquqlarının pozulması hallarının araşdırılması xahiş olunub. (azvision.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb