İlhamə Quliyevayla Flora Kərimova barışır - VİDEO

MAQAZİN
12:30 13.02.2013
2426
Deyəsən uzun illərdi düşmən münasibətdə olan sənətkarlar Flora Kərimova və İlhamə Quliyeva arasında buzlar əriyir. ANS PRESS-in məlumatına görə, xalq artisti İlhamə Quliyeva küsülü olduğu həmkarı Flora Kərimovanın duet çağırışına səs verdi. Primadonna DJ Kazımın aparıcılıq etdiyi radio verilişdə düşmən həmkarını “Böyük sənətkar” adlandırıb.İlhamə Quliyeva Flora Kərimovadan söz düşərkən onu “Biz illərdir bu səhnədəyik, artıq xalq artistiyik. Hərdən deyirlər ki, Flora sənin dalınca danışdı. Deyirəm, əcəb elədi, ona olar. Əgər alınarsa onunla duet belə oxuya bilərəm”.Xatırladaq ki, xalq artisti Flora Kərimova ötən həftə müsahibələrindən birində İlhamə Quliyevanı duelə, daha doğrusu duet oxumağa çağırdığını bəyan etmişdi.Xalq artistlərinin uzun illər öncə birlikdə qonaq olduqları verilişdən bir hissəni sizə təqdim edirik. Tanınmış jurnalist Sevil Nuriyevanın aparıcılıq etdiyi verilişdə fərqli dünya görüşünə malik sənətkarların hər birini tanımaq imkanı əldə edəcəksiz:

OXŞAR XƏBƏRLƏR