İlhamə sənətdən getdi

MAQAZİN
00:30 30.07.2013
2430
Müğənni İlhamə Qasımovanın səhhətində ciddi problem yaranıb. Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” verilişinə açıqlamasında buna görə yaradıcılıq işlərinə ara verdiyini deyib: “Səhhətimdə ciddi problemlər var idi. Ona görə də yaradıcılığa ara verib, evdə oturmaq qərarına gəldim. Sənətdən uzaqlaşmışam. Eyni zamanda dişlərimdə ağrılar var, danışmaqda çətinlik çəkirəm.Bir müddətdir iki yeni mahnı hazırlamışam. Biri Murad Arifin bəstəsidir. Digəri isə “Sənsiz” romansıdır. Bilirsiniz ki, uzun müddətdir bu mahnını əcnəbi ölkədə aranjiman etdirmək istəyirəm. Amma onlar bizim mahnıları aranjiman etməkdə çətinlik çəkirlər. İndi bu iki işlə məşğulam”.

OXŞAR XƏBƏRLƏR