Çili prezidenti: “Netanyahunun etdiyi müharibə cinayətdir”

DÜNYA
12:21 19.12.2024
116
"Təkcə Qəzzada baş verənləri deyil, İordan çayının qərb sahilində də baş verənləri qınayırıq”.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Çili prezidenti Qabriel Boric deyib.

Paytaxt Santyaqodakı Fələstin stadionunda keçirilən "Fələstinə Ümid İşığı” adlı tədbirə qatılan Boric Netanyahunu hədəf alıb.

"Biz bu gün insanlığı müdafiə etmək üçün burada toplaşmışıq. Görünür barbarlıq növləri arasında seçim etməliyik. Mən insanlığa üstünlük verirəm. Benyamin Netanyahunun etdiyi müharibə cinayətidir".

Qeyd edək ki, Çilidə 1 milyona yaxın Fələstin əsilli insan yaşayır.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR