Çili səmasında naməlum obyektlər peyda oldu

DÜNYA
13:56 29.08.2024
156
Çilidə hava məkanına naməlum obyektlərin peyda olduğu iddia edilərək, ölkənin ən cənub bölgəsindəki Punta Arenas hava bazasından bölgəyə döyüş təyyarələri göndərilib.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çili Hava Qüvvələri açıqlama verib.
 
Verilən açıqlamada bildirilib:
 
"Dünən (çərşənbə axşamı) axşam saat 19:00 radələrində Magellan boğazının şərq hissəsində naməlum hava hərəkəti xəbərdarlığı verildi. Buna cavab olaraq Hərbi Hava Qüvvələrimiz hərəkətə keçdi. Suverenliyimizi qorumaq üçün F-5 təyyarələrini işə saldıq. Hazırda araşdırma aparılır. Onu da qeyd edirik ki, lazım olanda sərhədimizi və suverenliyimizi qorumaq üçün Hərbi Hava Qüvvələri protokolları işə salınır.
 
Əldə edilən məlumata görə, bölgəyə 2 ədəd F-5 təyyarəsi göndərilsə də, heç bir təyyarə və qurğu tapılmadan araşdırma yekunlaşıb".
 
Oksana
OXŞAR XƏBƏRLƏR