İlian İliyev: “Azərbaycan bizi təəccübləndirmədi” - MÜSAHİBƏ

İDMAN
23:26 25.03.2024
289
"Azərbaycan yığması bu gün bizi təəccübləndirmədi”.

AZXEBER.COM İdman.biz-ə istinadən xəbər verir ki, bunu Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində Azərbaycanla 1:1 hesabı ilə bitən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan yığması güclü komandadır: "Biz onların oyunlarını, həmçinin "Qarabağ”ın Avropa Liqasındakı çıxışını da izləmişik. Rəqib komandanın hücum xəttində yaxşı futbolçuları var. Bizim ikinci qolu vurmaq və oyunun taleyini həll etmək imkanlarımız oldu. Sona yaxın komandada yorğunluq hiss olunurdu. Azərbaycan komandası sona yaxın riskə getdi və hesabı bərabərləşdirdi. Unutmayaq ki, rəqib bir neçə ay əvvəl İsveç yığmasını 3:0 hesabı ilə məğlub edib. Bu, təsadüfi deyildi”.

- Oğlunuz da yığmada çıxış edir. Oyunun oyunu ilə bağlı nə deyə bilərsiz?

- Hansısa bir şərh vermək istəməzdim. İstər oğlum, istər başqa oyunçumla bağlı danışmaq istəmirəm.

- ⁠Qolda hakimin sizə qarşı simpatiyasını hiss etdiniz, yoxsa ədalətli qərar verdi?

- ⁠Yaxşı oyun alındı. Azərbaycanın da şansı var idi. Hesab 0:0 olarkən biz də, onlar da fərqlənə bilərdik. Gəlin, hakimin qərarına köklənməyək. Hər iki komanda taxşı oyun göstərdi.

OXŞAR XƏBƏRLƏR