İlin ən yaxşı futbol klubu AÇIQLANDI

İDMAN
23:42 16.12.2022
334
Dünyada 2022-ci ilin ən yaxşı futbol klubu açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasından (IFFHS) verilən məlumata görə, bu ada İngiltərə "Liverpul”u sahib çıxıb.

İkinci pillədə İspaniya "Real Madrid”i yer alıb. İlk "3-lüy”ü isə İngiltərənin digər nəhəngi "Çelsi” tamamlayıb.

İlin ən yaxşı klublarının "Top-10”luğu isə aşağıdakı kimidir:

1. "Liverpul” (İngiltərə)

2. "Real Madrid” (İspaniya)

3. "Çelsi” (İngiltərə)

4. "Mançester Siti” (İngiltərə)

5. "Benfika” (Portuqaliya)

6. "Leyptsiq” (Almaniya)

7. "Bavariya” (Almaniya)

8. "Portu” (Portuqaliya)

9. PSV (Niderland)

10. PSJ (Fransa)

Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasını 2-ci pillədə başa vuran "Liverpul” UEFA Çempionlar Liqasının finalında "Real Madrid”ə uduzub.
OXŞAR XƏBƏRLƏR