İlin əvvəlindən indiyədək 41 bağça müdiri işdən çıxarılıb

İlin əvvəlindən indiyədək 41 bağça müdiri işdən çıxarılıb
SOSİAL
16:02 30.07.2025
263
İlin əvvəlindən indiyədək 41 bağça müdiri işdən çıxarılıb.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova brifinqdə deyib.

Onun sözlərinə görə, həmin müddətdə 100-dən çox müdirə isə müxtəlif səbəblərə görə inzibati tədbirlər tətbiq olunub.

Şöbə müdiri əlavə edib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlayıb:

"Bu sənədə əsasən 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata keçirilib. Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır. Agentlik və yerli təhsili idarəetmə orqanları tərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibati işlər yoxlanılır".
OXŞAR XƏBƏRLƏR