İlin ilk Ay tutulması baş verəcək - Tarix açıqlandı

İlin ilk Ay tutulması baş verəcək - Tarix açıqlandı
SOSİAL
13:01 07.02.2017
811

Azərbaycan Milli Elmlər Akademiyasından AZXEBER.COM-a verilən məlumata görə, fevralın 11-də alimlər Ay tutulmasının baş verəcəyi barədə xəbərdarlıq ediblər. 

Bu kosmik hadisəsinin ardınca səmada "Yeni il kometası” adlandırılan 45R kometası görünəcək. Bu zaman o, Yer kürəsinə maksimal yaxın məsafəyə yaxınlaşacaq.

Ay tutulması Günəş, Yer kürəsi və Ayın bir xətt üzrə düzülməsi, yəni Yerin Ay və Günəş arasında olduğu an baş verir. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda isə yarımçıq tutulur.

Sözügedən Ay tutulması hadisəsini Avropa, Afrika və Qərbi Asiya sakinləri müşahidə edə biləcək. 

OXŞAR XƏBƏRLƏR