İlin sonuna qədər koronavirusdan qurtula bilərik - Azərbaycanlı həkim açıqladı

SOSİAL
15:42 27.07.2021
1159
"Bu dəqiqə qapanma və məhdudiyyət üçün ciddi bir səbəb yoxdur".

AZXEBER.COM xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.

O bildirib ki, bizi Gürcüstanın, İranın, Rusiyanın taleyi gözləmir:

"Azərbaycan üçün 4-cü dalğa başlayıb. "Delta" ştammı sürətli yoluxuculuq gücünə malikdir. Düzü, bunun üçün də əhali dünənki brifinqdən məhdudiyyətlər gözləyirdi, mənim özüm də həmçinin. Amma gördük ki, hökümət bu problemi birdəfəlik həll etmək istəyir. Nə mənada?! - Operativ Qərargahın tərkibində fəaliyyət göstərən mütəxəssislər də görürlər ki, əhalinin peyvəndlənmə səviyyəsi yaxşı olan ölkələrdə 4-cü dalğa başlaya bilmir, yaxud çox yavaş başlayır və ölkə üçün çox ciddi yük gətirmir. O zaman deməli ağıllı ölkələrin yolu ilə getmək lazımdır. Britaniyanın, Amerikanın, İsrailin və bəzi ölkələrin əhalisinin böyük hissəsi artıq peyvəndlənib və yeni dalğaya daha yaxşı hazırlaşıblar. Dünən gördük ki, bizdə də dövlət bu yolu seçdi. 

Azərbaycanda 6 milyon insanın peyvəndlənməsi şərtdir. Yəni, bu hədəfə çatmasaq, bizim bu bəladan yaxa qurtarmağımız mümkün deyil. Peyvəndlənmə nisbəti aşağı olan ölkələrdə bu dəqiqə vəziyyət çox pisdir, bizim bundan heç xəbərimiz də yoxdur. İranda, Gürcüstanda vəziyyət ağırdır, Rusiyada gündəlik ölümlər minə çatıb artıq. Çünkü peyvəndlənmə nisbəti aşağıdır. Biz hər iki peyvənd olunmuş və hətta 3-cü doza peyvənd olunmuş insan sayını 6 milyona çatdırmağa məcburuq. Bunu ilin axırına qədər əldə edə bilsək, o zaman praktiki olaraq normal həyatımıza dönə biləcəyik. 

Hazırkı rəqəmlərə baxsaq, görərik ki, Azərbaycanda peyvənd olunan insan sayı kifayət qədərdir. Bizdə xəstələnmiş və sağalmış insan sayı da kifayət qədərdir. Məncə bizi Gürcüstanın, İranın, Rusiyanın taleyi gözləmir.

Peyvənd olunanlarda ciddi ağırlaşmalar müşahidə olunmur. Ona görə də insanlar peyvənd olunmaqdan qorxmasınlar. Ola bilsin qarşıda bəzi kiçik məhdudlaşdırıcı tədbirlər tətbiq etsinlər. Amma Azərbaycanda 4-cü dalğanın 3-cü dalğadan çox da ciddi fərqlənməyəcəyini düşünürəm".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:37 24.09.2021

17 il nazir olan Əhməd Əhmədov general rütbəsindən məhrum edildi

10:35 24.09.2021

"İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi gücünü əyani nümayiş etdirdi"

10:33 24.09.2021

Qəbələdə toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlandı

10:29 24.09.2021

İlham Əliyev: "Ermənistanın mümkün müharibə ilə bağlı öz fəaliyyət planı var idi"

10:26 24.09.2021

Kəlbəcərdə itkin düşən çobanlardan üç aydır xəbər yoxdur: Müdafiə Nazirliyi axtarışlara qoşuldu

10:16 24.09.2021

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

10:07 24.09.2021

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasına başlanılıb

10:06 24.09.2021

Bakıda tıxac olan yolların SİYAHISI

09:55 24.09.2021

Azərbaycan ilk dəfə məhkumların xaricdəki əmlakını müsadirə etmək istəyir

09:36 24.09.2021

Niderlandda 12 yaşlı oğlan peyvənd olunmasına icazə verməyən atasına məhkəmədə qalib gəldi

09:15 24.09.2021

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

09:07 24.09.2021

İranın XİN rəhbəri: "Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq"

03:00 24.09.2021

Dövlət başçısı: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gündə icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı"

02:53 24.09.2021

Prezident: "Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq"

02:49 24.09.2021

Dövlət başçısı: "Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir"

02:48 24.09.2021

İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur"