Prezidentin sərəncamı ilə 801 məhkum əfv olunub, 463 şəxs azadlıqdan məhrumetmə cəzasından azad edilib.
Həmçinin sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Vətəndaş və İnkişaf Partiyasının(VİP) sədri Əli Əliyev və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyininin sabiq əməkdaşları Zaur Məmmədov və Azər Mehdiyev də əfv edilib.
Bu Sərəncam müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktı olub.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu sərəncam Prezidentin humanist dəyərlərə malik omasının bariz nümunəsidir:
"Möhtərəm Prezidentin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncam çox əla xəbər oldu. Bu günlərdə çoxlu sayda ailələr sevinir. Düşünürəm ki, bu cür sərəncamlar ilin sonuna qədər də davam etdiriləcək. İlin sonunda da belə bir sərəncamın olma ehtimalı var. İstənilən halda möhtərəm cənab Prezidentin bu günə qədər dəfələrlə əfv sərəncamları imzalaması onun humanist dəyərlərə malik olmasının bariz nümunəsidir. Biz düşünürük ki, əfv sərəncamı vasitəsilə azadlığa çıxacaq və yaxud məhkumluq müddəti azaldılacaq şəxslər bu qərarı düzgün dəyərləndirəcəklər. Onlar cəmiyyətdə bu sərəncamdan irəli gələn məqamların düzgün təbliğinə cəhd göstərəcəklər, növbəti həyatlarında bir daha bu cür səhvlər etməyəcəklər. Mən əfv olunmuş bütün şəxsləri və onların ailə üzvlərini təbrik edirəm. Onlara uğurlar arzulayıram. Ümid edirəm ki, biz 2023-cü ildə daha böyük uğurlara, zəfərlərə imza atacağıq"
Mikayıl Mirzəzadə