Avro ilin sonuna kimi 1 dollara qədər ucuzlaşa bilər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, amerikalı bankir və sənayeçi JPMorgan Yaxın Şərqdə müharibənin Avropanın idxal etdiyi enerjinin qiymətini yüksəltmək təhlükəsi və yüksək borclanma xərclərinin avrozonanın böyüməsinə təzyiq göstərməsi səbəbindən bu ilin sonuna kimi avronun ABŞ dolları ilə paritetə düşəcəyini proqnozlaşdırıb.
Hazırda 1.05354 dollara ticarət edilən avro, ABŞ iqtisadiyyatının gözlənilməz gücü dolları yüksəltdiyi üçün iyulun ortalarında pik həddinə çatdıqdan sonra dollara nisbətdə dəyərinin təxminən 6 faizini itirib.
JPMorganın qlobal valyuta strategiyası tədqiqat qrupunun həmsədri Meera Chandan son zəifliyə baxmayaraq, avronun hələ də valyutanın üzləşdiyi çoxsaylı qeyri-müəyyənliklər üçün endirim etmədiyini söyləyib.
Oksana