İlk Avropa Oyunları Bakıda keçiriləcək - XOŞ XƏBƏR
İDMAN
19:40 08.12.2012
1558
Azərbaycan 2015-ci ildə keçiriləcək birinci Avropa Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək.AzərTAc xəbər verir ki, bununla əlaqədar qərar dekabrın 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-cı iclasında qəbul olunub.İclasda mötəbər yarışın Azərbaycanda keçirilməsi qərarının lehinə 38 ölkənin olimpiya komitəsinin nümayəndəsi, əleyhinə isə 8-i səs vermiş, iki nəfər bitərəf olub.