İlk dəfə lotereya alan tələbə 48 milyon qazandı

İlk dəfə lotereya alan tələbə 48 milyon qazandı
DÜNYA
00:05 06.02.2023
404
Kanadada 18 yaşlı tələbə Juliette Lamour yanvarın 7-də keçirilən püşkatma mərasiminə bilet alıb. Lakin bilet aldığını unudan Lamour qalıb gəldiyini bir dostunun ona lotereyanın qalibinin hansı ərazidən olduğunu deməsindən sonra öyrənib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı gənc ilk cəhdində 48 milyon Kanada dolları qazanıb.

O, pulun bir hissəsini təhsilinə xərcləyəcəyini, bir hissəsini isə məktəbi bitirdikdən sonra müxtəlif ölkələrə səyahət etmək üçün istifadə edəcəyini bildirib: "Məktəb bitən kimi ailəmlə mən bir qitə seçib səyahətə başlayacağıq. Müxtəlif ölkələri görmək, onların tarixini və mədəniyyətlərini öyrənmək, yeməklərini dadmaq istəyirəm".

Aydın
OXŞAR XƏBƏRLƏR