'İlk dəfədir ki, fonoqram oxudum' - VİDEO

MAQAZİN
13:03 13.04.2013
2234

“Türkiye Müzik Ödülleri”ndə çıxış edən Halil Sezai səhnədə hər zamankı kimi diqqəti öz üzərinə çəkməyi bacarıb.AZXEBER.COM-un məlumatına görə, fərqli geyimi ilə səhnəyə çıxan Sezai ekran başında izləyənləri və salonda əyləşən tamaşaçıları təəccübləndirib. Üzərində Türkiyənin ustad sənətkarı olan Müslüm Gurses-in şəkli həkk olunmuş köynəklə çıxan müğənni gecə üçün xüsusi mahnı səsləndirib. Müslüm babanın xatirəsinə həsr etdiyi “Adını sen koy” mahnısını ifa edib. Mahnını öz üslubunda oxuyan Sezai sonda tamaşaçılardan üzr də istəyib. Üzr istəməsinin səbəbi isə mahnını fonoqram oxuması olub: “İlk dəfədir ki, fonoqram oxudum və hər kəsdən buna görə üzr istəyirəm”.

Qeyd edək ki, Halil Sezai 27 Aprel Bakıda Elit Ticarət və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində “Sound Factory Arena”da konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı Samir Xattab ,layihənin rəhbəri isə Elşən Səfərsoydur. Konsertin aparıcıları Ramin İbrahimov və Günel Hümbətovadır.Konsertin informasiya dəstəyi AZXEBER.COM-dur.

Əlaqə:077 360 70 50, 055 227 05 98

OXŞAR XƏBƏRLƏR