Dünya futbolunda maraqla gözlənilən "El Klassiko"nun vaxtı açıqlanıb.
AZXEBER.COM-un məlumatına görə, "Barselona" və "Real" (Madrid) klubları bu mövsüm La Liqada ilk dəfə dekabrın 7-də üz-üzə gələcəklər.
Kataloniyanın "Nou Kamp" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:50-də başlayacaq. Cavab matçı isə gələn il martın 3-də Madriddə baş tutacaq.
Qeyd edək ki, La Liqada 3 turdan sonra "Barselona" 9 xalla lider olduğu halda, "Real" 4 xalla 9-cu pillədə qərarlaşıb.