İlk hicablı reper o oldu - VİDEO

MARAQLI
14:51 26.11.2013
2056
Ərəb ölkələrində çox populyar olan "Arabs Got Talent" musiqi şou-yarışının üçüncü mövsümündə səhnəyə çıxan iştirakçılarından biri münsiflər heyəti ilə bahəm, zalı da heyrətləndirib.
Misirli Məyam Mahmud ərəb aləminin ilk hicablı repçisidir.
18 yaşıl Məyam 8 il əvvəl rep oxumağa başlayıb.
"Onda orta məktəbdə oxuyurdum, 10 yaşım vardı. Həmin vaxtlarda şeirlər yazırdım. Sonra həmin şeirləri sürətlə oxumağa başladım. Bir qədər keçdi, mənə dedilər ki, sürətlə şeir oxumağım elə repdir. Kişi repçilərin ifalarına qulaq asdım. Onlar elə bütün şeirlərində qadınlardan bəhs edir, az qala bütün problemlərində qadınları suçlayırlar. Mən də qadınlar, problemlərimiz barədə mahnılar bəstələməyə başladım", - Məyam Mahmud deyir.
Məyamın sözlərinə görə, şeiri ona anası sevdirib və ailəsindən dəstək alır. Onun sözlərinə görə, çoxları hicablı qızın rep deməsini qəbul etmir, anlamırlar.
"Belələrinə deyirəm ki, onlar mənimm zahiri görkəmimə baxırlar, amma nə dediyimə qulaq asmırlar. Günlərin birində rep oxumağa son qoyacağam. Amma ümid edirəm ki, dediklərimi unutmayacaqlar və kimsə yolumu davam etdirəcək", - Məyam söyləyib.(milli.az)
OXŞAR XƏBƏRLƏR