İlk medalçımız Xristov qınaq obyektinə çevrildi

İDMAN
18:04 13.08.2012
1658
Valentin Xristov: “Bu hadisəyə üzülmürəm”

Azərbaycan yığmasının ağırlıqqaldıranı Valentin Xristov (56 kq) Bolqarıstan mətbuatına danışıb.London Olimpiadasında millimizə ilk medalı qazandıran atlet vətənində KİV qınağına məruz qalıb. Xristov bildirib ki, Azərbaycana medal qazandırdığı üçün üzülmür: “Mənim üçün heç fərqi yoxdur ki, hansı ölkə üçün – Azərbaycan və ya Bolqarıstan üçün qızıl qazandım. Bu hadisəyə heç üzülmürəm də. Əsas odur ki, medala yiyələndim”.

Qeyd edək ki, əslən Bolqarıstandan olan Xristov Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

APASPORT

OXŞAR XƏBƏRLƏR