‘İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci’ - FOTOLAR

MƏDƏNİYYƏT
17:10 18.10.2013
1861

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki aparıcı ali təhsil ocaqlarından biri olan Azərbaycan Siyasi - İctimai Universiteti ilə birgə “İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci” adlı layihə həyata keçirmişdir.

Teatrın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, artıq ikinci ildir ki, baş tutan və maraqla qarşılanan layihənin əsas məqsədi gənclərin, xüsusən ali təhsil ocaqlarında təhsil alan tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli inkişafı üçün geniş istifadə olunmasıdır.

Giriş sözü ilə çıxış edən Azərbaycan İctimai - Siyasi Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Almaniya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Rasim Nəbiyev tədbirdə iştirak edən universitetin professor, müəllim və tələbə heyətini salamlayaraq, Azərbaycan Dövlət Müstəqilliyi gününə təsadüf edən tədbirin məqsədi haqqında məlumat vermişdir: “Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də paytaxtdan olan tələbə adını qazanmış abituriyentləri Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, teatrın hərtərəfli imkanlarından yararlanaraq təhsil sisteminə müsbət təsir göstərmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək tədbirin əsas məqsədidir. Azərbaycanın müstəqiliyinin 22-ci ildönümü gününə təsadüf edən tədbir tələbə adını qazanmış hər bir kəs üçün ikiqat əlamətdardır. Bu 22 il ərzində ölkəmiz demokratiyanın inkiçafı sayəsində böyük nailiyyətlər əldə edib. Ulu öndər Heydər Əliyev ideyalarının, onun siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davamı bizim mədəni və mənəvi rifahımızın yaxşıladırılmasına yönəldilmişdir. Ölkə prezindetinin bütün sahələrlə yanaşı, təhsil sisteminə göstərdiyi diqqət və qayğının tələbələrin hərtərəfli tərbiyə və inkişafını təmin edən islahatların həyata keçirilməsində aydın nəzərə çarpır”.

Tələbə adını qazanmış hər kəsi təbrik edən R.Nəbiyev tələbələrin bu məsuliyyətli adı şərəflə daşıyaraq Azərbaycanın adını hər zaman uca tutacaqlarına əminliyini qeyd etmişdir.

Akademik Teymur Bünyatov çıxışında Azərbaycanın müstəqillik illərinin ulu öndər Heydər Əliyevin siyasətə gəldiyi zamana təsadüf etdiyini bildirərək, Heydər Əliyev sayəsində Azərbaycanın bütün sahələrinin dünya arenasında çıxa biləcək şəkildə uğurla inkişaf etdiyini söyləmişdir.

Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Azərbaycan mədəniyyətinin, teatrının dünyaya inteqrasiyasında ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncamların əhəmiyyətini diqqətə çatdırmışdır. Tələbə adını qazanmış hər kəsi təbrik edən M.Həmidov teatrın gənclərin dünyagörüşünün formalaşmasındakı rolunu vurğulamışdır.

Universitetin professoru, tarix elmləri doktoru Nuru Məmmədov, Filologiya Elmləri doktoru Aqşin Babayev, təlim-tərbiyə işləri üzrə prorektor, Filologiya elmləri namizədi Zöhrə Nəbiyeva, Filologiya elmləri namizədi Nailə Sadıxova, teatrın aktyorları, Əməkdar Artistlər Nicat Kazımov, Şövqi Hüseynov tələbələrə qiymət kitabçaları və tələbə biletlərini təqdim edərək tələbə adını qazanmış hər kəsə yeni təhsil ilində müvəfəqqiyyətlər arzu etmişlər.

Sonda Rasim Nəbiyev tədbirin təşkilatçılığında böyük əməyi keçən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidova, teatrın baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılovaya öz dərin minnətdarlığını bildirmişdir.

Tədbirdən sonra universitetin müəllim və tələbə heyətinə Xalq Şairi Rəsul Rzanın “Ana qaz” tamaşası nümayiş etdirilmişdir. Quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov olan tamaşada rolları Əməkdar artist Kəmalə Hüseynova, aktyorlar Müşfiq Əliyev, Günel Məmmədova, Zümrüd Quliyeva, Nigar Məmmədova, Roza İbadova, Anar Səfiyev, İlham Əsədova, Rasim Cəfərov, Mehriban Hüseynova, Vüsal Mehrəliyev, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova ifa etmişlər. Tərbiyəvi əhəmiyyət daşıyan bir hissəli pantomim-tamaşa böyük mənəvi-estetik təsirə malikdir.

Universitetin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” fakültəsinin tələbəsi Abbaslı Bahar tədbiri yüksək səviyyəli təşkil etdiyinə görə, teatra və təhsil aldığı müəssisənin professor və müəllim heyətinə təşəkkürünü bildirmişdir.

Məlumat üçün bildirək ki, tədbirin ssenari müəllifi və təşkilatçısı teatrın baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılovadır.

OXŞAR XƏBƏRLƏR