“İlkin olaraq Qarabağ ətrafı rayonlar qaytarılmalıdır” - Fransalı deputat

“İlkin olaraq Qarabağ ətrafı rayonlar qaytarılmalıdır” -  Fransalı deputat
SİYASƏT
11:52 03.03.2016
991
"ATƏT-in Minsk qrupunun fəaliyyəti illərdir ki, ölü nöqtədən tərpənmir. 20 ildən artıqdır ki, münaqişənin həlli istiqamətində tərpəniş gözə dəymir. Bu isə o deməkdir ki, sözügedən qrupun fəaliyyətində heç vaxt irəliləyiş olmayacaq. Bu qrumun cəhdlərinə inanmayanları dəstəkləyirəm".
Bu barədə Fransanın sabiq nəqliyyat naziri və Milli Assambleyanın deputatı Tieri Mariani bildirib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında əlaqələrin və dialoqun təşkilində Minsk qrupunun rolu, üstünlükləri çox azdır: "Ümid tərəflərin - Azərbaycan və Ermistanın birgə müzakirələr aparmasına qalıb. Şübhəsiz, münaqişənin nizamlanması regionda əlində kart olan və böyük gücə malik bir ölkənin iradəsindən asılıdır. Hər kəs bilir ki, Ermənistan Rusiyanın iqtisadi və siyasi təzyiqləri altındadır. Yəni düşünürəm ki, həqiqəti gizlətmək olmaz. Əgər Moskva problemi yoluna qoymaq istəyərsə, prosesdə irəliləyiş müşahidə olunar. Burada isə söhbət ilkin olaraq yalnız Qarabağ ətrafı rayonların qaytarılmasından gedə bilər. Qarabağ problemi isə sonrakı gedişatdan asılıdır. Bu, çox mürəkkəb məsələdir. Əlbəttə, ətraf rayonların qaytarılması da bir irəliləyiş olar. Bir sözlə, bütün vasitələr Rusiyanın əlindədir. Bu məsələ yalnız Moskvadan asılıdır".
Deputat söyləyib ki, Azərbaycan, İran, Rusiya və Türkiyə arasında körpü rolunu oynaya bilər: "Azərbaycanın bu 3 ölkə ilə bütün sahələrdə əmkdaşlıq etmək üçün böyük şansı var. Bunun üçün öncə Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır. Sülh və barışıq o zaman əldə oluna bilər ki, işğal olunmuş Azərbaycan torpaqları geri qaytarılsın və ədalət bərpa olunsun. Bu, həm də Ermənistan və Azərbaycan arasında hərbi cəhdləri azaldacaq. Hərbiyə ayrılan vəsaitin mülki sahələrə yatırılmasına imkanı verəcək. Deməli, əvvəlcə sülh və əmin-əmanlıq bərpa olunmalıdır. Ermənistanla Azərbaycanın əməkdaşlığına gəlincə, məlumdur ki, bu proses yalnız həmin ölkələr arasındakı münaqişənin ortadan qaldırılmasından sonra başlaya bilər".
Dailykarabakh
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi