İlkin toyda düşən davada öldürülübmüş - Saxlanılan var

İlkin toyda düşən davada öldürülübmüş - Saxlanılan var
SOSİAL
09:39 09.09.2024
173
Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlinə görə saxlanılan var.

DİN-in mətbuat xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Qadir Məmmədov saxlanılıb.

Rəsmi açıqlamaya əsasən, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Xezerxeber.az-ın məlumatına görə, İ.İsgəndərli toyda düşən mübahisə nəticəsində öldürülüb.

Belə ki, o Ağdaşa başqa rayondan qonaq gəlibmiş. Şahidlərin sözlərinə əsasən, toyda mübahisədən sonra dava düşüb. Bıçaqlanan 28 yaşlı İlkin İsgəndərli də onlar arasında olub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR