AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, sakinlər deyir ki, illərdir hər yerə yazırıq, amma bir tədbir görən yoxdur.
Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq, qurumdan bildirdilər ki, Səbail rayonu, Qurban Abbasov küçəsi 130-134 ünvanına bir müddət əvvəl yerində baxış keçirilib və mövcud vəziyyətlə əlaqədar tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciət olunub. Lakin, buna baxmayaraq qaldırılan məsələ ilə əlaqədar təkrarən rəsmi müraciətin ünvanlanması təmin olunacaq. Ünvan nəzarətdə saxlanılıb.











































