Qarşıdan qurban bayramı gəlir.
Bayramla əlaqədər ölkədə 4 gün iş olmayacaq.
AZXEBER.COM Milli Məclisin deputatlarının Qurban bayramını necə keçirəcəyi haqda sorğu keçirib.
Deputat Fəzail Ağamalı qeyd edib ki, illərdir ki, qurban kəsib imkansız ailələr arasında paylayır:
"Biz illərdir ki, qurban kəsirik və onu imkansız ailələr arasında paylayırıq. Bundan başqa mən seçilmiş olduğum Salyan-Neftçala dairəsində də qurban kəsirəm. Orada da imkansız ailələrə qurban payları veririk. Bu ənənəni bu il də davam etdirəcəyik”.
Deputat Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də qurban kəsib paylayacaq:
"Qurban bayramı ərəfəsində qurban kəsirəm və paylayıram. Bu il də qurban kəsəcəm. Hazırda deputatlar üçün məzuniyyət tarixidir. Qurban bayramından sonra isə rayonlara getmək də planda var”.
Deputat Elman Nəsirov qurban kəsib uşaq evlərinə verəcəyini bildirib: "3 qoyun kesib usaq evlerine vermek niyyetim var. Eyni zamanda sehid aileleri ve qazileri ziyaret edib, qurban payı vereceyem".
Aydın Nuri