İlluziya ustası Devid Kopperfildə qarşı zorlama ittihamı

İlluziya ustası Devid Kopperfildə qarşı zorlama ittihamı
DÜNYA
19:01 26.01.2018
1711
İlluziya ustası Devid Kopperfild zorlama ittihamı ilə üz-üzə qalıb.

 

AZXEBER.COM Ölkə.Az-a istinadən xəbər verir ki, keçmiş model Britni Lyuis 17 yaşı olanda Devid tərəfindən seksual zorakılığa məruz qaldığını açıqlayıb.

Britni Devid ilə 1988-ci ildə Yaponiyanın Atami şəhərində keçirilən "Look of the Year" müsabiqəsində tanış olub. Müsabiqədə jüri üzvü olan Kopperfild tədbirdən sonra  gənc modeli Kaliforniyadakı tamaşasına dəvət edib. Utah şəhərində yaşayan qız anasından icazə alaraq tamaşaya gedib və illuziya ustasının qaldığı oteldə bir otaq tutub. Devid əvvəlcə qızı alış-verişə aparıb. Sonra isə tamaşadakı dostları ilə tanış edib və əlindən tutmağa çalışıb. 17 yaşlı Lyuis o dövrdə 32 yaşlı Devid ilə romantik bir münasibətə hazır olmadığını bildirib.

Tamaşadan sonra cütlük bara gedib. Kopperfild Britninin içkisinə nəsə atıb. Lyuisin iddiasına görə, sonra Kopperfild ona təcavüz edib.

Qeyd edək ki, sabiq gözəllik kraliçası Leysi Kerrol da 2007-ci ildə Devid Kopperfildi cinsi zorakılıqda günahlandırmışdı. FTB hadisəyə müdaxilə etsə də, məhkəmə prosesi sübut yetərsizliyinə görə bağlanmışdı.


OXŞAR XƏBƏRLƏR