İlon Mask Ağ Evi tərk etdi

İlon Mask Ağ Evi tərk etdi
DÜNYA
09:10 29.05.2025
332
Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın Hökumətin Effektivliyi Departamentinin (DOGE) işinə nəzarət etdiyi administrasiyanı tərk edib.  

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə milyarder "X" hesabında yazıb. 

"Xüsusi dövlət işçisi kimi planlaşdırdığım müddətim başa çatdıqda, mən prezident Donald Trampa israfçı xərcləri azaltmaq imkanına görə təşəkkür etmək istərdim", - Mask qeyd edib. 

O, DOGE-nin missiyasının "bütün hökumət üçün həyat tərzinə çevrildiyi üçün zaman keçdikcə daha da güclənəcəyinə" əmin olduğunu bildirib.

ABŞ qanunlarına görə, Maskın yanvarın 20-də aldığı müvəqqəti dövlət işçisi statusu mayın 30-da başa çatmalı idi. Bununla belə, dəqiq tarix faktiki işlədiyi günlərin sayından asılı olaraq dəyişə bilər.

Tramp administrasiyasındakı "Associated Press" və "Bloomberg" mənbələri Maskın Ağ Evi tərk etdiyini təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR