xari

İlon Mask bir sutkada fantastik məbləğdə pul itirdi

DÜNYA
15:09 04.05.2021
324
"SpaceX” və "Tesla” şirkətinin rəhbəri İlon Maskın sərvəti bir gündə 5 milyard dollar azalıb.

Bu barədə "Forbes Real-Time” reytinqinin məlumatlarında qeyd edilir.

"Tesla”nın səhmləri bazar ertəsi şirkətin Berlin fabrikinin açılışını təxirə salmaq məcburiyyətində qala biləcəyi barədə xəbərlərdən sonra azalıb. Gecikmənin səbəbi şirkətin layihə üçün əlavə ətraf mühit və inşaat icazələri alması ilə bağlıdır.

Maskın sərvəti indi təqribən 168,6 milyard dollar qiymətləndirilir. O, "Forbes”in dünyanın ən varlı insanları reytinqində üçüncü sıradadır.

OXŞAR XƏBƏRLƏR