"Twitter"in təsisçisi İlon Mask ilin sonuna qədər məzmun abunəliyində heç bir kəsin olmayacağını və "Twitter"in abunə haqqının 10 faizini alacağını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Twitter" bu yaxınlarda yeni abunə sistemini elan edib. Müvafiq olaraq, "Twitter" istifadəçiləri xüsusi məzmunlarını təqdim etmək üçün müəyyən sayda abunəçi toplaya biləcəklər.
İstifadəçilərə öz izləyicilərinə məzmun abunəliyi təklif etməyə imkan verən "Twitter"in məzmun siyasətindəki bu dəyişiklikdən sonra İlon Mask yeni açıqlama verib.
Mask ilin sonuna qədər abunə haqlarında azalma olmayacağını, "Twitter"in isə 2024-cü ildən etibarən ödənişin 10 faizini alacağını açıqlayıb.
Xatırladaq ki, oktyabr ayında "Twitter"i 44 milyard dollara satın alan İlon Mask reklam gəlirlərindəki kəskin azalmadan sonra qazanclarını artırmaq üçün "Twitter"də bəzi dəyişikliklər həyata keçirməyə başlayıb. Bu səbəbdən də ciddi tənqidlərə məruz qalıb.
Mikayıl