İlon Maskın rəhbərliyindən sonra reklam verənlərin üçdə biri "Twitter”i tərk edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Twitter”i 44 milyard dollara alan İlon Mask ümid etdiyini tapa bilməyib.
Mask dövrü ilə birlikdə "Twitter”in ən böyük reklamçılarının üçdə biri saytda marketinqi dayandırıb, milyarder iş adamları isə bu vəziyyətə görə fəalları günahlandırdılar. Reklamçılar isə qeyd ediblər ki, şirkətlər məzmuna nəzarətin zəif olması səbəbindən brend təhlükəsizliyindən narahatdırlar.
Belə ki, Maskın "Twitter”i alması ilə ən böyük reklam verənlərin üçdə biri marketinqi dayandırıb. Bu, şirkətin yeni problemlərlə üzləşə biləcəyi ilə bağlı narahatlıqlar yaradıb.
Ayşən