Son aylarda "Twitter”in adını "X” olaraq dəyişən İlon Mask yeni iddiası ilə gündəm olub.
AZXEBER.COM xəbər verir ki, "X” Sosial Media adlı başqa bir reklam agentliyi İlon Maska qarşı iddia qaldırıb.
Floridada fəaliyyət göstərən "X” Sosial Media adlı reklam agentliyi Maska qarşı iddia qaldırıb. Sözügedən şirkət X Corp-un haqsız rəqabət və ticarət nişanı və xidmət nişanı pozuntusuna yol verdiyini iddia edir.
Sahibkar Jacob Malherbe tərəfindən 2015-ci ildə qurulan Floridada yerləşən şirkət, brend şüurunu artırmaq və istehlakçılara çatmaq üçün bu günə qədər 2 milyon dollardan çox sərmayə qoyduğunu və "X” Corp-un rebrendinqi və istifadəsi ilə əlaqədar gəlir itkisinə məruz qaldığını iddia edib.
Gülay