İlon Mask tərəfindən işdən çıxarılan "Twitter”in baş direktoru Aqravalın alacağı təzminat hər kəsi heyrətləndirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, aylarla davam edən müzakirələrdən sonra nəhayət "Twitter”i alan İlon Mask ilk işi kimi bəyənmədiyi şirkətin baş direktoru Paraq Aqravalı işdən çıxarıb. Keçən il vəzifəyə başlayan Aqraval "Twitter”dən alacağı təzminatla böyük sərvət qazanacaq.
Bloomberg-in hesabatına görə, cəmi 11 aydır "Twitter”in baş direktoru olan Aqraval şirkətdən ən azı 42 milyon dollar təzminat alacaq.
Qeyd edək ki, İlon Maskın 44 milyard dollarlıq satınalma tamamlanan kimi işdən çıxardığı adlar arasında CEO Paraq Aqraval, Baş Maliyyə Direktoru (CFO) Ned Segal, yüksək səviyyəli hüquq və siyasət icraçı Vijaya Gadde və baş məsləhətçi Sean Edgett var.
Ayşən