İlon Mask "Tvitter"də necə pul qazandığını açıqladı

MARAQLI
11:46 01.05.2023
182
Tanınmış iş adamı İlon Mask "Twitter Blue" və "Twitter"ə gətirdiyi ödənişli abunə sistemlərindən sonra nə qədər qazandığını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Mask hesabında olan abunəçilərin sayını göstərən ekran görüntüsünü paylaşdığı zaman Maskın Twitter-in abunə sistemindən nə qədər pul qazandığı ortaya çıxıb. Mask abunə sistemi ilə bağlı tweetində pul qazanmağın hiylələrinə toxunub.
 
O, öz paylaşımında deyib: "Yaradıcılar bu platformada abunəlikləri aktivləşdirmək istəyə bilər. Parametrlərdə "Monetizasiya" üzərinə klikləyin".
 
Xatırladaq ki, İlon Mask daha əvvəl "Ödənişli Abunəlik” funksiyasını elan etmişdi. Mask bildirib ki, Twitter-in bu yeni xüsusiyyəti ilə istifadəçilər abunə olduqları hesabların xüsusi məzmununa daxil ola bilərlər.
 
İlon Maskın paylaşdığı skrinşota görə, onun ən azı 27.400 mövcud abunəçisi var. Maskın abunəçiləri isə milyarder iş adamına ayda təqribən 97 800 dollar (2023-cü ilin aprel ayı üçün hazırkı dollar məzənnəsi ilə təxminən 1,9 milyon lirə) qazanır.

Qeyd edək ki, Mask onun hesabına ayda 4 dollara abunə olan istifadəçilərin bir neçə həftədən bir ona istənilən sualı verə biləcəyini açıqlayıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR