İlon Mask: “Twitter”in gəlirləri kəskin şəkildə azalıb”

İlon Mask: “Twitter”in gəlirləri kəskin şəkildə azalıb”
DÜNYA
12:07 05.11.2022
186

İlon Mask "Twitter”in gəlirlərinin azaldığını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Tesla və SpaceX-in baş direktoru İlon Mask aktivist qrupların reklamçılara təzyiq göstərməsi nəticəsində "Twitter”in gəlirinin kəskin şəkildə azaldığını bildirib.

O, bunun səbəbini Twitter” hesabında açıqlayıb:

"Aktivist qrupların reklamçılara təzyiq göstərməsi səbəbindən "Twitter”in gəlirləri kəskin şəkildə azalıb. Baxmayaraq ki, kontentin moderasiyası ilə bağlı heç bir dəyişiklik olmayıb. Biz aktivistləri sakitləşdirmək üçün mümkün olan hər şeyi etdik. Bu, ciddi səhvdir. Onlar Amerikada söz azadlığını məhv etməyə çalışırlar”.

Ayşən

OXŞAR XƏBƏRLƏR