İlon Mask bildirib ki, əvvəllər "Twitter” kimi tanınan "X” sosial media platforması tezliklə iki yeni premium abunə variantını işə salacaq.
AZXEBER.COM xəbər verir ki, İlon Mask həm şirkət daxilində, həm də platformada etdiyi dəyişikliklərlə diqqət çəkməyə davam edir.
Bir müddət əvvəl adını "X” olaraq dəyişdirdiyi platformada yeni istifadəçilərin artıq illik 1 dollar ödəyəcəyini açıqlayan Mask bu dəfə iki yeni premium üzvlük haqqında məlumat verib.
"Biri bütün xüsusiyyətləri ilə daha ucuzdur, lakin reklamlarda azalma yoxdur, digəri isə daha bahalıdır, lakin heç bir reklam yoxdur", - deyə Mask fərqi izah edib.
Ayşən