İlon Mask yenidən “Twitter”i almaq istəyir - Məbləği AÇIQLADI

İlon Mask yenidən “Twitter”i almaq istəyir - Məbləği AÇIQLADI
DÜNYA
00:16 05.10.2022
420
İlon Mask "Twitter"i ilkin təklif etdiyi qiymətə-44 milyard dollara almaq üçün müraciət edib.

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, bununla bağlı milyarder sosial şəbəkə rəhbərliyinə məktubla müraciət edib.

Bu xəbərdən sonra "Twitter”in səhmləri 18% bahalaşıb və şəbəkənin satışı dayandırılıb.

"Twitter” aprel ayında Mask ilə satınalma ilə bağlı razılığa gəlib, lakin may ayında iş adamı sövdələşmədən imtina edib və bu, şirkətlə milyarder arasında davaya səbəb olub.

Qeyd edək ki, "Twitter”in yaradıcısı amerikalı iş adamı Cek Dorsidir.
OXŞAR XƏBƏRLƏR