İlon Maska görə “Twitter”ini bağladı

İlon Maska görə “Twitter”ini bağladı
DÜNYA
13:39 27.04.2022
442
Xəbər verdiyimiz kimi, dünyanın ən varlı adamı İlon Mask "Twitter”i 44 milyard dollara satın alıb. Maskın "Twitter” sosial media platformasını alması artıq dünyada narazılıqlara səbəb olub.

AZXEBER.COM xəbər verir ki, Maskın platformanı almasından sonra məşhur ingilis aktrisa Jameela Jamil "Twitter”dən istifadəsini dayandırdığını açıqlayıb.

O, açıqlamasında bildirib ki, İlon Maskın "Twitter”i alması platformanı nifrət, fanatizm və qadın düşmənçiliyi ilə dolu bir məkana çevirəcək. O, qeyd edib ki, platforma artıq Maskın mülkiyyətinə keçəcək və çox dəyişəcək.

Aydın
OXŞAR XƏBƏRLƏR