İlon Maskdan dünya mediasına təsir edəcək VACİB QƏRAR

İlon Maskdan dünya mediasına təsir edəcək VACİB QƏRAR
DÜNYA
14:34 23.08.2023
204
"X” sosial şəbəkəsinin sahibi İlon Mask bu dəfə bütün dünya mediasına təsir edəcək yeni qərarı ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, "Twitter”i satın alma prosesi və daha sonra platformada etdiyi dəyişikliklərlə gündəmdən düşməyən İlon Mask sensasiyalı addımlar atmağa davam edir.

Minlərlə işçini işdən çıxaran, sərt iş siyasətləri ilə tənqid edilən, yeni üzvlük sistemləri tətbiq edən və hətta platformanın adını belə dəyişən İlon Mask indi də xəbərlərin platformadakı şəkillərini dəyişir.

Mask son dəyişikliyi ilə "X”də xəbər bağlantılarının başlıqlarını silmək qərarına gəlib. Bu qərarın saytdakı xəbər yayımçılarına əhəmiyyətli dərəcədə təsir edəcəyi düşünülür.

Platforma xəbər linklərində daha başlıqları və digər mətnləri göstərməyəcək və klikləməzdən əvvəl istifadəçinin məzmuna baxışını məhdudlaşdıraraq yalnız əsas şəkli göstərəcək.

Mikayıl
OXŞAR XƏBƏRLƏR