İlon Maskdan qəribə addım - Robot ordusu yaradacaq

İlon Maskdan qəribə addım - Robot ordusu yaradacaq
DÜNYA
12:00 25.03.2025
329
İlon Mask "Tesla"nın 2025-ci ilin sonuna qədər 5 min "Optimus" robotu istehsal etməyi hədəflədiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mask bu məlumatı "Tesla"nın rüblük maliyyə hesabatını təqdim edərkən verib.
 
O, bildirib ki, şirkət əvvəlcədən nəzərdə tutulan 10,000 robotun yarısını istehsal etməyi bacarsa, bu, böyük bir uğur sayılacaq.

"Biz çox böyük bir legion qurmağı hədəfləyirik. Bu il ən azı bir legion, gələn il isə bəlkə də 10 legion robot istehsal edəcəyik," - deyə Mask bildirib.

Xatırladaq ki, "Optimus" robotu "Tesla"nın inkişaf etdirdiyi insanabənzər robotdur. İlon Mask əvvəllər də bu texnologiyanın gələcəkdə əmək bazarında böyük dəyişikliklərə səbəb ola biləcəyini vurğulamışdı.
OXŞAR XƏBƏRLƏR